Əziz dostlar!
“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkası mövsümü üzrə hesabatı diqqətinizə təqdim edirik. Sponsorlarımızın, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka çərçivəsində əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan azyaşlı uşaqlara yardım göstərildi.
Dəstək göstərilən uşaqlardan biri 5 yaşlı Tunc Nəcəfovdur. Eşitmə azlığı və autizm diaqnozları ilə mübarizə aparan Tuncun reabilitasiya və müalicə prosesinə dəstək məqsədilə 700 AZN məbləğində vəsait ayrılmışdır. Bu məbləğ xeyirxah insanların, tərəfdaşlarımızın və dəstəkçilərimizin birgə səyi nəticəsində toplanaraq onun müalicə prosesinə yönləndirilmişdir.
Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox uşağın həyatına ümid olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.



