Koxlear 15/03/19

Ümid Əliyev

Fevral ayında ağır eşitmə qüsurundan əziyyət çəkən 3 yaşlı Ümid Əliyev “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı olunub. Dünən “Mediline” Group Assitance şirkətinin təşkilatı ilə fond tərəfindən əməliyyat edilən uşaqların Bakıda müayinəsi keçirildi. İlk dəfə olaraq “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən körpələrin qulaqlarına eşitmə cihazlarının taxılması prosesi Bakıda həyata keçirildi. Əməliyyatın həyata keçirilməsində bizə dəstək olan anonim şəxslərə, eləcə də “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Balaca Ümidin ilk təəsüratlarını sizinlə bölüşürük!