Leykoz 31/08/23

Amin Musazadə

Dostlar! Qeyd etdiyimiz kimi, “YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri kəskin leykozdan əziyyət çəkən 10 yaşlı Amin Musazadədir. Aminin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 60.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 44.000 ABŞ dolları Aminin ailəsi tərəfindən toplandı, 10.000 ABŞ dolları RAILGO Group-un təsisçisi Rəhman Xəlilovun dəstəyi ilə qarşılandı, yerdə qalan məbləğ - 6.000 ABŞ dolları ”YayLand Fest” xeyriyyə yarmarkasının sayəsində qarşılandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Amin Türkiyənin qabaqcıl klinikalarından birində Aminə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Aminin donoru öz qardaşı oldu.
Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Amini və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!