Leykoz 15/02/24

Cavad Abdullayev

Daha bir xoş xəbər! Qeyd etdiyimiz kimi, "Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri leykozdan əziyyət çəkən 4 yaşlı Cavad Abdullayevdır. Cavadın müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 68.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 30.000 ABŞ dolları Cavadın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının sayəsində qarşılandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində Cavada sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Cavad artıq Bakıdadır və özünü yaxşı hiss edir!

Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Cavadı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!