Kübra Əsgərzadə

Əziz dostlar! Bildirdiyimiz kimi, “Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkanın evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.

5 yaşlı Kübra Əsgərzadə anadangəlmə ayaq qüsürlu idi. Ötən il, «Nargis» Fondunun sayəsində, Kübra uğurlu ayaq artrodezi əməliyyatı keçirmişdi. Kübranın ikinci əməliyyatı üçün tələb olunan ümumi məbləğ 2.000 ABŞ dolları təşkil edirdi. Bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində əməliyyatın ikinci hissəsi məhz «Soyuq Əllər, İsti Ürək» xeyriyyə yarmarkasının sayəsində keçirildi.

Kübra artıq Bakıdadır, özünü yaxşı hiss edir!

Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Kübranı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!