Kübra Əsgərzadə

«Nargis» Fondun sayəsində əməliyyat olunan daha bir uşaq!

Dörd yaşlı Kübra Əsgərzadə anadangəlmə ayaq qüsürlu idi.
Kübranın müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 7.000 ABŞ dolları təşkil edirdi.
Həmin məbləğ RAILGO Group-un təsisçisi Rəhman Xəlilovun dəstəyi ilə qarşılandı. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Kübra Türkiyənin qabaqcıl klinikalarından birində uğurlu ayaq artrodezi əməliyyatı keçirdi.
Kübra artıq Bakıdadır, özünü yaxşı hiss edir və ikinci əməliyyata hazırlaşır!

Kübra və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!