Müjgan Tanrıverdiyeva

Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. Həmin uşaqlardan biri 7 yaşlı Müjgan Tanrıverdiyevadır.
Müjganın Baku Medical Plazada yırtıq çıxarılması əməliyyatı və eyni zamnda LOR xəstəliyinin diaqnostikası və müalicəsi üçün «Nargis» fondu tərəfindən toplam 3 500 AZN köçürüldü. Müjgana şəfalar diləyir, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!