“Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının yaratdığı imkanlar bu dəfə balaca Murad Qurbanovun sağlamlığına doğru atdığı bir addıma çevrildi.
Hirşprunq xəstəliyindən əziyyət çəkən Muradın müalicəsi üçün lazım olan 9,000 AZN məbləğ “Nargis” Fondu tərəfindən qarşılandı və ölkənin aparıcı xəstəxanalarından birində əməliyyatı uğurla həyata keçirildi.
Bu əməliyyat sayəsində Murad artıq sağlam gələcəyə doğru ilk addımlarını atmağa başlayıb.
Bu yolda bizə dəstək olan bütün sponsorlarımıza, yarmarka iştirakçılarına və ürəyini bu işə verən hər kəsə sonsuz təşəkkür edirik.
Sizin köməyinizlə daha bir balaca ürək ümidlə döyünməyə başladı.