Nihat Cəfərov

“Torpaq Əlimdə, Bahar Ürəyimdə 2022” xeyriyyə yarmarkası sayəsində müalicə xərcləri qarşılanan uşaqlardan danışmağa davam edirik. Həmin uşaqlardan biri astma xəstəliyindən müalicə alan 17 yaşlı Nihat Cəfərovdur. Naxçıvan Muxtar Respublikasındakı Duzdağ Fizioterapiya Mərkəzində onun müalicəsi üçün “Nargis” Fondu tərəfindən 700 AZN məbləğində vəsait ayrılıb. Nihata şəfalar diləyir, eyni zamanda, yarmarkanın bütün sponsorlarına, eləcə də ehtiyacı olan uşaqların qayğısına qalan xeyirxah şəxslərə bir daha dərindən təşəkkür edirik!