Sultan Kərimov

“Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının yaratdığı imkanlar bu dəfə balaca Sultan Kərimovun həyatına şəfa oldu.

Hipospadiya diaqnozu ilə mübarizə aparan Sultan üçün lazım olan əməliyyat xərclərinin bir hissəsi ailəsi tərəfindən qarşılanmışdı. Qalıq məbləğ- 4,500 AZN- “Nargis” Fondu tərəfindən ödənilərək müalicə prosesinə dəstək göstərildi.

Əməliyyat ölkəmizin aparıcı xəstəxanalarından birində uğurla baş tutdu və Sultan artıq sağlam gələcəyə doğru ilk addımlarını atır.

Bu xeyirxahlıq yolunda bizə qoşulan bütün sponsorlarımıza, yarmarka iştirakçılarına və dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirik.

Sizin sayənizdə bir balaca ürək daha ümidlə döyünməyə başladı.