Yasin Hacıyev

Əziz dostlar!

“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkası mövsümü üzrə hesabatı diqqətinizə təqdim edirik. Sponsorlarımızın, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka çərçivəsində əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan azyaşlı uşaqlara yardım göstərildi.

Dəstək göstərilənlərdən biri 15 yaşlı Yasin Hacıyev olmuşdur. Kron, Aralıq dənizi xəstəliyi və çölyak diaqnozlarından əziyyət çəkən Yasin üçün tələb olunan 1000 AZN məbləğində vəsait xeyirxah insanların, tərəfdaşlarımızın və dəstəkçilərimizin birgə səyi nəticəsində toplanaraq onun müalicə almasına imkan yaratdı.

Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox həyata ümid olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.