“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkası sayəsində, talassemiya xəstəliyindən əziyyət çəkən növbəti uşağa sümük iliyi köçürüldü!
Talassemiyadan əziyyət çəkən - 7 yaşlı Aişənur İlyaslının ailəsi «Nargis» fonduna müraciət etmişdi. Aişənurun müalicə və əməliyyatının toplam məbləği 95.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 41.056 AZN Aişənurun ailəsi tərəfindən toplandı. Yerdə qalan məbləğ - 45.000 ABŞ dolları @rholdinggroup -un təsisçisi @rahman_khalilov -un dəstəyi ilə və 25.850 ABŞ dolları «Nargis» Fondu tərəfindən qarşılandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Aişənura sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Aişənur artıq Bakıdadır və özünü yaxşı hiss edir!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə yarmarkanın sponsor və iştirakçılarına, eləcə də bizə hər zaman dəstək olan RAILGO Group-un təsisçisi Rəhman Xəlilova dərin minnətdarlığımızı bildiririk!
Eyni zamanda, Aişənuru və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə @azerbaijanairlines -a təşəkkürümüzü bildiririk!