Talassemiya 17/03/23

Arif Əhmədov

Dostlar! Məlum olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” 2022/2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 7 yaşlı Arif Əhmədovdur. Arifin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 41 500 ABŞ dolları Arifin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 41 500 ABŞ dolları ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Arifə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Arifi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!