Talassemiya 04/03/24

Dağnur Əhmədov

Daha bir xoş xəbər! Qeyd etdiyimiz kimi, "Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkası sayəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.

Həmin uşaqlardan biri talassemiyadan əziyyət çəkən 11 yaşlı Dağnur Əhmədovdur. Dağnurun müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 41.500 ABŞ dolları Dağnurun ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının sayəsində qarşılandı.

Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində Dağnura sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Dağnur artıq Bakıdadır və özünü yaxşı hiss edir!

Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Dağnuru və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!