Talassemiya 02/08/23

Dilək Ağayeva

Talassemiya xəstəliyindən əziyyət çəkən növbəti uşağa sümük iliyi köçürüldü!
Qeyd etdiyimiz kimi, “YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 5 yaşlı Dilək Ağayevadır. Diləyin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 35.000 ABŞ dolları Diləyin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 48.000 ABŞ dolları ”YayLand Fest” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Bir müddət öncə Dilək Türkiyənin qabaqcıl klinikalarından birində müalicə aldı və sümük iliyi köçürülməsi əməliyyatı olundu. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçdi, Dilək artıq Bakıdadır və özünü yaxşı hiss edir!
«Nargis» Fondu əməliyyatın həyata keçirilməsində yardım göstərən xeyirxah şəxslərə, o cümlədən Diləyi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!