Talassemiya 02/08/21

Gülay Aslanlı

Sümük iliyi köçürülməsi olunmuş bir körpə daha!
Gülay Aslanlıya beta talassemiya diaqnozu qoyulmuşdu. Körpənin sağlam həyata qovuşması üçün 83 000 ABŞ dolları tələb olunurdu. Bir müddət öncə “Nargis” Fondunun dəstəyilə azyaşlı Gülay Türkiyənin qabaqcıl klinikalarından birində müalicə aldı və sümük iliyi köçürülməsi əməliyyatı olundu. Əməliyyat uğurla keçdi, Gülay artıq evindədir və özünü yaxşı hiss edir. Gülaya dəstək olmuş anonim xeyriyyəçilərə dərin minnətdarlığımızı bildiririk! Təki bütün uşaqlar sağlam olsun!