Talassemiya 17/07/23

Gülbəyim Alməmmədli

Dostlar, sizinlə gözəl bir xəbəri bölüşmək istəyirik! Məlum olduğu kimi, “YayLand Fest”2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin yeniyetmələrdən biri beta talassemiyadan əziyyət çəkən 17 yaşlı Gülbəyim Alməmmədlidir. Gülbəyimin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 35.000 ABŞ dolları Gülbəyimin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 48.000 ABŞ dolları ”YayLand Fest” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Bir müddət öncə Gülbəyim Türkiyənin qabaqcıl klinikalarından birində müalicə aldı və sümük iliyi köçürülməsi əməliyyatı olundu. Əməliyyat uğurla keçdi, Gülbəyimə artıq Bakıdadır və özünü yaxşı hiss edir!
«Nargis» Fondu əməliyyatın həyata keçirilməsində yardım göstərən xeyirxah şəxslərə, o cümlədən Gülbəyimi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!