Talassemiya 16/02/23

Əhmədhilmi Məcidli

Əziz dostlar! Məlum olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” 2022/2023 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 11 yaşlı Əhmədhilmi Məcidlidir. Azyaşlı Əhmədhilminin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 37 700 ABŞ dolları Əhmədhilminin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 45 300 ABŞ dolları ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorları, iştirakçıları və xeyriyyəçilər tərəfindən toplandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyəin aparıcı klinikalarından birində Əhmədhilminə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Əhmədhilminə və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!