Talassemiya 29/09/23

Hüseyn Quliyev

«Nargis» Fondun sayəsində, talassemiya xəstəliyindən əziyyət çəkən növbəti uşağa sümük iliyi köçürüldü!

Talassemiyadan əziyyət çəkən 12 yaşlı Hüseyn Quliyevin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 50.000 ABŞ dolları təşkil edirdi.
Ümumi məbləğin bir hissəsi - 26.500 ABŞ dolları Hüseynin ailəsi tərəfindən toplandı.
Yerdə qalan məbləğ - 23.500 USD “Nargis” Fondu tərəfindən qarşılandı.
Bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Hüseynə sümük iliyi köçürüldü. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçdi, Hüseyn artıq Bakıdadır və özünü yaxşı hiss edir!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Hüseynə və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!