Talassemiya 07/11/23

Məhəmməd Novruzov

Dostlar! Sizə xoş xəbərimiz var!
Talassemiya xəstəliyindən əziyyət çəkən iki qardaşın əməliyyatı üçün Novruzovlar ailəsi «Nargis» Fonduna müraciət etmişdi.
Məhəmməd və Rəsul Novruzov qardaşlarına Fond tərəfindən köməklik göstərildi və onlar uğurlu əməliyyat olundu!

16 yaşlı Məhəmməd Novruzovun sağlam həyata qovuşması üçün 90.000 ABŞ dolları tələb olunurdu.
Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 30.000 AZN Məhəmmədin ailəsi tərəfindən toplanmışdı. Bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində Məhəmmədə sümük iliyi köçürüldü. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçdi, Məhəmməd artıq Bakıdadır.
İki qardaşın müalicə və əməliyyat xərclərini ödəməyə köməklik göstərdiyi üçün PAŞA HOLDİNQ-ə təşəkkür edirik!

Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Məhəmmədi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!