“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkası çərçivəsində B-talassemiya xəstəliyindən əziyyət çəkən Məryəm Hüseyn Telman qızının əməliyyat olunmasına dəstək göstərilmişdir.
Məryəmin əməliyyatı üçün tələb olunan 140.000 ABŞ dolları məbləğinin bir hissəsi valideynləri tərəfindən toplanmış, qalıq 40.000 ABŞ dolları isə "Nargis" Fondunun dəstəyi ilə qarşılanmışdır. Əməliyyat Türkiyənin aparıcı xəstəxanalarından birində həyata keçirilmişdir.
Sevindirici haldır ki, Məryəmin müalicəsi uğurla başa çatmış, o, sağlamlığına qovuşaraq normal həyatına geri dönmüşdür.
Bu xeyirxah missiyaya töhfə verən hər kəsə təşəkkür edir, Məryəmə sağlam və xoşbəxt bir gələcək arzulayırıq.



