Talassemiya 11/04/22

Mehdi Səmədli

Sizə yeni və şad xəbərimiz var! Məlum olduğu kimi, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 3 yaşlı Mehdi Səmədli. Müalicə və əməliyyatın toplam məbləği 68 000 ABŞ dolları təşkil etdi. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyəin aparıcıl klinikalarından birində Mehdiyə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Mehdini və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!