Talassemiya 12/07/23

Mirməhəmməd Əhədov

Dostlar! Məlum olduğu kimi, “YayLand Fest”2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 8 yaşlı Mirməhəmməd Əhədovdur. Mirməhəmmədin müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 50.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 34.000 ABŞ dolları Mirməhəmmədin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 16.000 ABŞ dolları ”YayLand Fest” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Mirməhəmmədə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Mirməhəmmədi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!