Talassemiya 26/01/23

Nihad İsmayilzadə

Əziz dostlar! Bildirdiyimiz kimi “Soyuq Əllər, İsti Ürək” 2022/2023 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkanın evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 9 yaşlı Nihad İsmayilzadədir. Müalicə və əməliyyatın toplam məbləği 83 000 ABŞ dolları təşkil etdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 35 000 ABŞ dolları Nihadın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 48 000 ABŞ dolları ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorları, iştirakçıları və xeyriyyəçilər tərəfindən toplandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyəin aparıcı klinikalarından birində Nihada sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Nihada və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!