Talassemiya 15/11/23

Rəsul Novruzov

Dostlar! Qeyd etdiyimiz kimi, talassemiya xəstəliyindən əziyyət çəkən iki qardaşın əməliyyatı üçün Novruzovlar ailəsi «Nargis» Fonduna müraciət etmişdi.
Məhəmməd və Rəsul Novruzov qardaşlarına Fond tərəfindən köməklik göstərildi və onlar uğurlu əməliyyat olundu!

18 yaşlı Rəsul Novruzovun sağlam həyata qovuşması üçün 90.000 ABŞ dolları tələb olunurdu.
Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 30.000 AZN Rəsulun ailəsi tərəfindən toplanmışdı. Bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində Rəsula sümük iliyi köçürüldü. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçdi, Rəsul və Məhəmməd Novruzovlar artıq Bakıdadırlar və özlərini yaxşı hiss edirlər!
İki qardaşın müalicə və əməliyyat xərclərini ödəməyə köməklik göstərdiyi üçün PAŞA Holdinqə təşəkkür edirik!

Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Rəsulu və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!