Talassemiya 10/03/22

Tərlan Şərifov

Talassemiya xəstəliyindən əziyyət çəkən Tərlan Şərifov uğurlu əməliyyat olundu. Azyaşlı Tərlanın müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Yığımlar sayəsində ailə müəyyən məbləğ topladı, lakin olduqca böyük qalıq məbləğin qarşılanması üçün “Nargis” Fonduna müraciət etdi. “Nargis” Fondunun dəstəyi ilə Tərlan Türkiyənin qabaqcıl klinikalarından birinə göndərildi və 44 500 ABŞ dolları məhz “Nargis” Fondu tərəfindən qarşılandı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Tərlanı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!