Talassemiya 20/09/23

Toğrul Səmədli

Talassemiya xəstəliyindən əziyyət çəkən Toğrul Səmədli uğurlu əməliyyat olundu!

Doqquz yaşlı Toğrulun sağlam həyata qovuşması üçün 83 000 ABŞ dolları tələb olunurdu.
Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 41.500 ABŞ dolları Toğrulun ailəsi tərəfindən toplandı.
Yerdə qalan məbləğ - 41.500 USD “Nargis” Fondu tərəfindən qarşılandı.
Bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Toğrula sümük iliyi köçürüldü. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçdi, Toğrul artıq Bakıdadır və özünü yaxşı hiss edir!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Toğrulu və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!