Talassemiya 09/03/23

V.Q.

Dostlar! Məlum olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” 2022/2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 14 yaşlı V.Q.-dır. V.Q.-nın müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 35 000 ABŞ dolları V.Q.-nın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 48 000 ABŞ dolları ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində V.Q.-ya sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən V.Q.-nı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!