Talassemiya 13/02/24

Yasin Şabanov

Əziz dostlar! Bildirdiyimiz kimi, “Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkanın evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.

Talassemiyadan əziyyət çəkən - 4 yaşlı Yasin Şabanovun ailəsi «Nargis» fonduna müraciət etdi. Yasinin müalicə və əməliyyatının toplam məbləği 90.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 60.000 ABŞ dolları Yasinin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorları, iştirakçıları və xeyriyyəçilər tərəfindən toplandı.

Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Yasinə sümük iliyi köçürüldü. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Yasinə və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Türk Hava Yolları”-na dərin minnətdarlığımızı bildiririk