Talassemiya 20/05/26

Zəhra Məsimli

Əziz dostlar!

“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkası mövsümü üzrə həyata keçirilən sosial dəstək layihələri çərçivəsində ehtiyacı olan azyaşlı uşaqlara yardım göstərilməyə davam olunur.

Sponsorlarımız və yarmarka çərçivəsində əldə olunan gəlir sayəsində bu dəfə B talassemiya xəstəliyindən əziyyət çəkən Zəhra Məsimli Yusif qızına yardım göstərilmişdir.

13 yaşlı Zəhranın Antalya şəhərində həyata keçirilmiş sümük iliyi transplantasiya əməliyyatı üçün 90.000 USD (153.225 AZN) məbləğində vəsait ayrılmışdır. Qeyd edək ki, müalicə xərclərinin bir hissəsi valideynlər tərəfindən qarşılanmışdır.

Zəhranın Türkiyəyə yola düşməsi üçün aviabiletlərin təmin olunmasına görə @azerbaijanairlines -a xüsusi təşəkkürümüzü bildiririk.

Bu nəcib missiyada bizimlə birgə olan bütün sponsorlarımıza, tərəfdaşlarımıza və dəstək göstərən hər kəsə təşəkkürümüzü bildiririk.