Talassemiya 22/02/24

Zəhra Mansurova

Əziz dostlar! Bildirdiyimiz kimi, “Soyuq Əllər, İsti Ürək” 2023/2024 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkanın evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.

Talassemiyadan əziyyət çəkən - 11 yaşlı Zəhra Mansurovanın ailəsi «Nargis» fonduna müraciət etdi. Zəhranın müalicə və əməliyyatının toplam məbləği 83.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 73.000 ABŞ dolları Zəhranın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 10.000 ABŞ dolları RAILGO Group-un təsisçisi Rəhman Xəlilovun dəstəyi ilə qarşılandı.

Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində Zəhrayə sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Zəhra artıq Bakıdadır və özünü yaxşı hiss edir!

Zəhrayə və ailəsinə göstərilən mühüm dəstəyə görə hər kəsə dərin minnətdarlığımızı bildiririk!