Ürək 12/05/17

Murad Əsgərli

Anadangəlmə ürək qüsuru olan Murad Əsgərli bir neçə gün əvvəl Respublika Diaqnostika Mərkəzində (RDM) ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən əməliyyat olunub. Hazırda körpə özünü yaxşı hiss edir və yaxın zamanda xəstəxanadan evə buraxılacaq. Əməliyyat üçün lazım olan məbləğin bir hissəsi körpənin valideynləri tərəfindən toplanıb, yerdə qalan vəsait (7440 AZN) isə xeyriyyəçi Səbinə Rəhimova tərəfindən ödənilib. Muradın taleyinə biganə qalmayan bütün şəxslərə minnətdarlığımızı bildiririk!