Əziz dostlar!
“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkası mövsümü üzrə hesabatı diqqətinizə təqdim edirik. Sponsorlarımızın, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka çərçivəsində əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan şəxslərə yardım göstərildi.
Dəstək göstərilənlərdən biri yenidoğulmuş Hümbətova olmuşdur. Ürək defekti diaqnozu ilə müalicəyə ehtiyacı olan körpə üçün tələb olunan 6000 AZN məbləğində vəsait xeyirxah insanların, tərəfdaşlarımızın və dəstəkçilərimizin birgə səyi nəticəsində toplanaraq onun müalicə almasına imkan yaratdı.
Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox həyatlara ümid olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.





