Xərçəng 18/03/22

Fərman Qocayev

Şad xəbərimiz var! Məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri sümük xərçəngindən əziyyət çəkən 7 yaşlı Fərman Qocayev. Müalicə və əməliyyatın toplam məbləği 54 000 ABŞ dolları təşkil etdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Fərmanı və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!