Xərçəng 22/08/23

Nəzrin Hüseynli

Dostlar! Qeyd etdiyimiz kimi, “YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri onkoloji xəstəlikdən əziyyət çəkən 11 yaşlı Nəzrin Hüseynlidir.
Nəzrinin bir neçə kimyaterapiyasının qarşılanması üçün tələb olunan məbləğin bir qismi - 3.000 ABŞ dolları ”YayLand Fest” xeyriyyə yarmarkasının sayəsində qarşılandı və birbaşa Nəzrinin Türkiyədə müalicə aldığı xəstəxanaya köçürüldü.
Nəzrinə sağlamlığı uğrunda aparılan mübarizədə tezliklə qalib gəlməsini arzu edirik!