Xərçəng 19/04/17

Rüstəm Botanenko

Botanenko Rüstəm neyroblastomadan əziyyət çəkir (endokrin sistemin xərçəngi). Uşaq Cənubi Koreyada uzunmüddətli müalicə keçib, yaxud müayinələr göstərib ki, uşağın sümük iliyində metastazlar əmələ gəlib. Hal-hazırda ona immunoterapiya tələb olunur. İmmunoterapiya yeni metoddur və xərçəng hüceyrələrinə "hücumdan" ibarətdir. Kimyaterapiyadan sonra immunoterapiya ən effektiv metod sayılır. Lakin uşağa lazım olan preparat Cənubi Koreyada yoxdur. Bu səbəbdən Avropanın müxtəlif klinikalarına müraciyətlər göndərilib. Almaniyanın Qrayfsvald klinikası 300000 avro hesablamüraciyəti qəbul edib.

Lazımi pul məbləği "Nargis" fondunun təsisçisi Ülviyyə Mahmudova və anonim şəxslər tərəfindən bağışlandı. Hal-hazırda Rüstəmin ailəsi Cənubi Koreyadadır və klinikaya dəvət gözləyir. Uşağın ailəsinin müvəqqəti Almaniyada olması ilə əlaqədar yaranacaq bütün xərclər "Nargis" fondu tərəfindən qarşılanacaq.
Yanvarın 28-də İstanbulda qlaukoma xəstəliyindən əziyyət çəkən Səid Babayev sol gözündən əməliyyat olundu və artıq işığı görə bilir.