Xərçəng 14/09/23

Səkinə Mehdiyeva

Daha bir şad xəbər!
“YayLand Fest” xeyriyyə yarmarkası nəinki şəhərimizdə unudulmaz bir hadisə oldu, həm də ağır xəstəliklərdən əziyyət çəkən doqquz uşaq üçün yardım mənbəyinə çevrildi!
Məhz yarmarka sayəsində, onkoloji xəstəlikdən əziyyət çəkən Səkinə Mehdiyevaya yardım göstərilib.
Səkinə xanımın əməliyyatı üçün tələb olunan ümumi məbləğ 11.000 AZN təşkil edirdi. Həmin məbləğin bir hissəsi - 6.000 AZN Səkinə xanımın ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 5.000 AZN ”YayLand Fest” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurla keçib və hazırda Səkinə xanım öz müalicəsini davam etdirir.

Birlikdə dünyanı daha yaxşı bir yerə çevirə bilərik. Və xeyriyyə yarmarkamız bu istiqamətdə mühüm addım oldu! Biz fəxr edirik ki, Səkinə xanıma və digər dəstəyə ehtiyacı olan uşaqlara kömək edə bildik!