Bədirzadə ailəsi

Daha bir şad xəbər! Məlum olduğu kimi “YayLand Fest” 2023 xeyriyyə yarmarkasının sayəsində ağır xəstəlikdən əziyyət çəkən doqquz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri Bədirzadə ailəsinin yeni doğulmuş körpəsidir. Körpənin küveysə yerləşdirilməsi və xüsusi müalicələrdən keçməsi üçün "Nargis" Fondu tərəfindən 1 500 AZN birbaşa klinikaya köçürüldü.
Bədirzadə ailəsinə körpənin sağlam və xoşbəxt böyüməsini arzulayır, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!