“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkasının sayəsində daha bir uşağa yardım ola bildik!
Həmin uşaqlardan biri Karginovlar ailəsinin yeni doğulmuş körpəsidir. Körpənin küveysə yerləşdirilməsi və xüsusi müalicələrdən keçməsi üçün “Nargis” Fondu tərəfindən 700 AZN birbaşa Tibb Universtiteti Cərrahiyyə Korpusuna köçürüldü.
Karginovlar ailəsinə körpənin sağlam və xoşbəxt böyüməsini arzulayır, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!
Xatırladaq ki, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən altı uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.