Muradovlar ailəsi

Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri Muradovlar ailəsinin yeni doğulmuş körpəsidir. Körpənin küveysə yerləşdirilməsi və xüsusi müalicələrdən keçməsi üçün "Nargis" fondu tərəfindən 500 AZN birbaşa klinikaya köçürüldü.
Muradovlar ailəsinə körpənin sağlam və xoşbəxt böyüməsini arzulayır, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!