Yeni anadan olmuş körpə

İyulun 28-də "Baku Medical Plaza" klinikasında dünyaya gəlmiş uşaq iki gün sonra reanimasiyaya yerləşdirilib. Uşağın ailəsinin maddi imkanı olmadığından onlar "Nargis Fund"a müraciət etdilər. Uşağın əməliyyatı və müalicəsi üçün lazım olan bütün vəsait xeyriyyəçi Səbinə Rəhimova və anonim şəxslər tərəfindən ödənildi. Hazırda körpə özünü yaxşı hiss edir və evə buraxılıb.