Yeni doğulmuş körpə (Nəsirovlar ailəsi)

5 fevral tarixində fondumuza Nəsirovlar ailəsi tərəfindən bir neçə gün öncə “Baku Medical Plaza” xəstəxanasında yeni doğulmuş körpə ilə bağlı müraciət daxil oldu. Küveysə yerləşdirilməsi və xüsusi müalicələrdən keçməsi üçün tələb olunan vəsaiti ailənin özü tərəfindən toplanmışdı, yerdə qalan hissəsi isə "Nargis" fond tərəfindən qarşılanmışdır. “Nargis” fond bizə yardım edən bütün xeyirxah şəxslərə öz minnətdarlığını bildirir!