Mürşüd Allahverdiyev

8 aylıq Mürşüd anadangəlmə göz qüsurundan əziyyət çəkirdi. Maddi cəhətdən əməliyyat xərclərini qarşılamağa çətinlik çəkən ailəyə “Nargis” fondu yardım göstərdi. Təcili göz əməliyyatına ehtiyacı olan körpə fondun dəstəyi ilə “Respublika Müalicəvi Diaqnostika Mərkəzi” xəstəxanasında əməliyyat olundu. Əməliyyat uğurla icra olundu və hazırda Mürşüdün vəziyyəti yaxşıdır. Körpənin əməliyyatı üçün vəsaiti ailənin özü tərəfindən toplanmışdı, yerdə qalan hissəsi isə - 1350 AZN - "Nargis" fond tərəfindən qarşılanmışdır. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!

12.22.2021

Daha öncə yenidoğulmuş Mürşüd haqqında məlumat vermişdik. Mürşüd Allahverdiyev anadangəlmə göz qüsurundan əziyyət çəkirdi və 2 il öncə “Nargis” Fondunun dəstəyi ilə əməliyyat olundu. Yaxınlarda 2 yaşı tamam olmuş Mürşüdə növbəti göz əməliyyatı tələb olunurdu və ailə Fonda müraciət etdi. Mürşüd Allahverdiyevin növbəti göz əməliyyatı üçün tələb olunan 1200 AZN “Nargis” fondu tərəfindən qarşılandı. Mürşüdə daim sağlam olmasını arzulayırıq!