Səid Babayev

Səid Babayev gözdaxili təzyiqin artması ilə müşayiət olunan qlaukomo xəstəliyindən əziyyət çəkir. Bu gün Səid əməliyyat üçün ailəsi və “Nargis” fondunun nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə İstanbulda yerləşən “Birinci göz” klinikasına yola düşüblər. Onun əməliyyatı üçün tələb olunan məbləğin bir hissəsi anonim xeyirxahlar, digər hissəsi isə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası hesabına ödənilib. Uçuşun həyata keçirilməsində göstərdiyi yardıma görə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə dərin minnətdarlığımızı bildiririk!

11.01.2017
Bu gün İstanbul şəhərində qlaukomo xəstəliyindən əziyyət çəkən Səid Babayevin gözündə gözdaxili təzyiqin sabitləşməsi istiqamətində əməliyyat aparılıb. 10 gündən sonra onun sol gözü əməliyyat olunacaq. Səidə tezliklə sağalmasını arzulayırıq!

28.01.2017
Qlaukoma xəstəliyindən əziyyət çəkən Səid Babayev bu gün İstanbulda ikinci dəfə sol gözündən əməliyyat olunub. Ciddi dəyişikliklər olmasa da, Səid artıq işığı görmə qabiliyyətinə malikdir. İki aydan sonra isə onun sağ gözündə əməliyyat aparılacaq.Təşkilati dəstəyə görə "Mediline Group Assistance" şirkətinə minnətdarlığımızı bildiririk.

03.02.2017
Yanvarın 28-də İstanbulda qlaukoma xəstəliyindən əziyyət çəkən Səid Babayev sol gözündən əməliyyat olundu və artıq işığı görə bilir.